Azərbaycan neftinin qiyməti artıb


Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi artıb.
Yeniavaz.com
 xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,44 dollar və ya 0,6 faiz artaraq 74,16 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top