2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında ən azı 322 yardım işçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
Hesabatda həmçinin qeyd edilib ki, Qəzzaya kifayət miqdarda humanitar yüklərin çatdırılması üçün hələ də əlverişli şərait yoxdur.
Qeyd edildiyi kimi, qışın yaxınlaşması ilə əlaqədar olaraq anklavlara humanitar yardımın, xüsusilə ərzaq, geyim, yanacaq, habelə müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün yüklərin çatdırılması xüsusi əhəmiyyət kəsb edir.