Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycana səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.