Bu ilin ilk 9 ayında Azərbaycanda otellərin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7% və ya 98,7 milyon manat artaraq 468,5 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, gəlirlərin 62,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7%-i ictimai iaşə xidmətlərindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 24,8% səviyyəsində olub.
Elnur Əli