“Tesla” və “SpaceX”in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti 314 milyard dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Bloomberg Milyarderlər İndeksi” adlı (“Bloomberg Billionaires Index”) hesabatda yer alıb.
Bildirilir ki, Maskın sərvəti son bir gündə 17,4 milyard dollar artıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampı açıq şəkildə dəstəkləyən İlon Maskın sərvəti seçkidən dərhal sonra 26,5 milyard dollar artıb.
Ümumiyyətlə son bir ay ərzində İlon Maskın sərvətinin təxminən 50 milyard dollar artdığı bildirilir.
Onu da bildirək ki, “Bloomberg Milyarderlər İndeksi”ndə yer alan milyarderlər arasında ikinci sırda "Amazon"un qurucusu Ceff Bezos dayanır. Onun sərvəti isə 230 milyard dollar təşkil edib.