Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb – Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirib.
İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlət başçısı ilə görüşdən məmnunluğunu ifadə edib.
O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb və bu qələbəni xalqın dövlət başçısına göstərdiyi etimad kimi dəyərləndirib.
Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirilib, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulanıb, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edilib. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olunub və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunulub.
Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər isitiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirilib.

***14:49

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Yeniavaz.com
 xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Efiopiyadakı səfiri Ruslan Nəsibov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu gün Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo və San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada Azərbaycana səfərə gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top