Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 499 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 167,25 xalla 72-ci pillədə qərarlaşıb. Əvvəlki siyahıda “Qarabağ” 60-cı pillədə yer alıb.
Qeyd edək ki, “Qarabağ”dan başqa Azərbaycanın daha 2 klubu reytinq cədvəlində yer alıb. “Zirə” 94,25 balla 219-cu, “Sabah” isə 59,5 balla 423-cü sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 414 bal
2. “Mançester Siti” (İngiltərə) – 386 bal
3. “Bayer 04 Keverkuzen” (Almaniya) – 368 bal
4. “Atalanta” (İtaliya) – 339 bal
5. “Club Atletiko Mineiro” (Braziliya) – 297 bal
Bundan əlavə siyahıda bir neçə Türkiyə klubu da yer alıb:
34. “Fənərbağça” – 209 bal
44. “Qalatasaray” – 195,5 bal
92. “Beşiktaş” – 147,5 bal
117. “Trabzonspor” – 131 bal
129. “İstanbul Başakşeher” – 125 bal
242. “Samsunspor” – 85,5 bal
291. “Alanyaspor” – 77,5 bal
294. “Sivasspor” – 77 bal
335. “Kasımpaşa” – 70 bal
396. “Konyaspor” – 63,5 al
396. “Gaziantep” – 62,5 bal
402. “Rizespor” – 61,5 bal
427. “Antalyaspor” – 58,5 bal
468. “Ankaragücü” – 54,5 bal