Qastroenteroloq Lyudmila Suxorukova payızın sonunda hansı qidaların orqanizm üçün ən faydalı hesab edildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
Suxorukova payızda yulaf, banan və lobya, həmçinin C vitamini ilə zəngin olan yağlı balıq, mal əti, sitrus meyvələri və giləmeyvə yeməyə çağırıb:
“Bu məhsulların tərkibində vitaminlər və mikroelementlər var ki, onların çatışmaması zəifliyə və canlılığın itirilməsinə səbəb ola bilər. Bunlara B, D, C vitaminləri, həmçinin kalsium, kalium, dəmir və maqnezium daxildir”.