“Qəzzada hər gün 60-dan çox uşaq ölür” – UNRWA


“Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşı Luiz Uoticə istinadən məlumat yayıb.
Bildirilib ki, yalnız son günlər İsrail ordusu iki agentlik məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Həmçinin Fələstin anklavının mərkəzi və cənub bölgələrində ehtiyacı olanlara gündəlik 400 minə yaxın yemək paylayan 100-dən çox mətbəxin qida çatışmazlığı səbəbindən bağlanma riski ilə üzləşdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top