“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın enerji siyasəti qlobal neft və qaz qiymətlərinin aşağı düşməsinə kömək edə bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar “CNN Türk” telekanalına açıqlamasında deyib.
“Tramp seçki kampaniyası zamanı neft və təbii qaz hasilatı ilə bağlı çox danışdı. O, qazma, kəşfiyyat və hasilatı sürətləndirəcəyini və bir sıra layihələrin icrasını bərpa edəcəyini deyib. Gözləntilər nə ola bilər və bu, qiymətlərə necə təsir edə bilər? Hesab edirəm ki, bu, karbohidrogen qiymətlərinin aşağı düşməsinə ciddi təsir göstərəcək. Təbii qaz sənayesində müxtəlif çətin problemlər var. Bu xüsusilə Avropa üçün aktualdır”.
Bayraktar qeyd edib ki, ABŞ tərəfindən enerji sektorunda Uzaq Şərq və Mərkəzi Amerikanın təsirinə qarşı son dərəcə güclü proteksionist siyasət gözləmək olar:
“Bu qoruyucu tədbirlərin daha ciddi şəkildə davam edəcəyini gözləyə bilərik. Amma bu baxımdan Türkiyə yeni mühüm istehsal mərkəzinə çevrilə bilər. Xatırladım ki, biz ABŞ ilə uzunmüddətli müqavilə imzalamışıq. 5,6 milyard kubmetr maye qaz alacağıq. Və bu, ümumi ehtiyaclarımızın təxminən 12%-ni ödəyəcək.”.