Qazaxıstan Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilən Mi-8 helikopteri ölkənin Aktobe vilayətinin Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında sərt eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarədə 3 nəfər olub, onlardan biri dünyasını dəyişib. Yaralılar təyyarə ilə Aktobe rayon mərkəzinə aparılıblar.
Xilasetmə qurumunun məlumatına görə, hadisə yerində yanğın da baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Departamentinin əməkdaşları yanğını söndürüb.