![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/7/1/794a0510-6f54-4551-8216-9d55fe4019b1/yupiter.jpg)
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yupiterin müşahidə tarixində ən keyfiyyətli fotoşəkillərini dərc edib.
Yeniavaz.com xəbər verir ki, fotolar Günəş sistemindəki beşinci planetə 66-cı uçuşu zamanı “Yunona” zondu tərəfindən çəkilib.
“Yunona” kosmik gəmisi 2011-ci ildə buraxılıb və beş il sonra 2016-cı ildə 2,735 milyard kilometr məsafə qət edərək Yupiterə çatıb. O vaxtdan bəri zond müntəzəm olaraq Yupiter və onun peyklərinin yanından uçaraq onların fotoşəkillərini çəkir və sonra məlumatları Yerə ötürür.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/7/1/15a9b53f-5f63-488a-b661-d9c326e846ec/yupiter-11.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/7/1/e8888650-c2a6-4737-bba2-c434f60a5fcc/yupiter-12.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/7/1/636ac7b9-1713-45f4-82f0-5444cb21dc1d/yupiter-13.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/7/1/aab08773-969d-42ac-bcc3-3d3ff9559d81/yupiter-14.jpg)