“Volkswagen” ABŞ-də 114 mindən çox avtomobili geri çağıracaq


“Volkswagen” avtomobil istehsalçısı təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə Amerika bazarından 114,5 min avtomobili geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası məlumat yayıb.
Bildirilib ki, geri çağırılma 2006-cı ildən 2019-cu ilə qədər olan “Beetle” və “Passat” modellərinə təsir edəcək. Tənzimləyici qeyd edir ki, səbəb sürücü tərəfindəki ön hava yastığının nasazlığı olub və bu, yüksək temperaturun təsiri altında kortəbii işə düşməsinə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top