Elektrik məhsullarının satışı ilə məşğul olan ölkənin aparıcı şirkətlərindən biri – “Santral Elektrik” QSC (VÖEN - 1500023051 ) “Xarıbülbül İnşaat” MMC-yə (VÖEN – 1702997891) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Qeyd edək ki, iddia alqı-satqı müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 000 manat olan “Xarıbülbül İnşaat” MMC 9 fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkət qeydiyyata alınan zaman qanuni təmsilçisi Abbasbəyli Fərid Tahir oğlu olub. Hazırda şirkətə İbrahimov Aqil Ziyadxan oğlu rəhbərlik edir. MMC-nin hüquqi ünvanı Səbail rayonu, Rəsul Rza ev 11-də yerləşib.
Tikinti şirkəti olan “Xarıbülbül İnşaat” MMC ötən il Mərdəkan yolunda yerləşən və 11 min kvadrat metr ərazini əhatə edən “Gala Shopping Village” adlı layihəsini təqdim edib.
“Xarıbülbül İnşaat” MMC barəsində məhkəmə iddiası qaldıran “Santral Elektrik” QSC isə 14 mart 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor ev 11, məhəllə 2062-də yerləşir. Bu şirkətin qanuni təmsilçisi isə “Azərenerji”nin prezidenti Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur. Mətbuatda yayılan məlumatlarda göstərilir ki, “Santral Elektrik” QSC Baba Rzayev tərəfindən təsis olunub. QSC-də Baba Rzayevin payı 70% olub.
Elnur Əli