Seçkilərdəki qələbəsi Trampın sərvətini 300 milyon dollar artırıb – “Forbes”


Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi çərşənbə günü “Trump Media & Technology Group”un səhmlərinin bahalaşmasına və Trampın sərvətini təxminən 300 milyon dollar artıran bazar dəyişikliyinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.   
Jurnalın məlumatına görə, “Trump Media”nın səhmləri dəyərini təxminən 8% artıraraq 37 dollardan bir qədər az olub.
Trampın “Trump Media”dakı 57%-lik payının dəyəri cəmi 114,75 milyon səhm – təxminən 290 milyon dollar artaraq, 4,1 milyard dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top