ABŞ Prezidenti Co Bayden Demokratların namizədi, vitse-prezident Kamala Harrisin ardınca Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə bildiriblər.
Məlumata görə, Bayden çərşənbə günü Harrisə zəng edib, həmçinin seçilmiş prezident Trampla telefonla danışıb və onu qələbə münasibətilə təbrik edib:
“Bayden hakimiyyətin rəvan keçidini təmin etmək öhdəliyini qeyd edib və \Trampı təyin olunacaq tarixdə Ağ Evdə görüşə dəvət edib”.