“İsrail Livana zərbələr endirdi, 45 nəfər öldü” – KİV


“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şərqindəki Bekaa vadisinin yaxınlığındakı yaşayış ərazilərinə 33 zərbə endirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində 45 nəfər həlak olub, 59 nəfər yaralanıb.
Qeyd edilib ki, bu, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri ölkənin şərq və şimal-şərq rayonlarına həyata keçirilən ən kütləvi hava zərbəsi olub.
Baalbekin özündə raketlərdən biri YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş məşhur qədim məbəd kompleksinin yerləşdiyi arxeoloji qoruğun yaxınlığındakı avtomobil dayanacağına düşüb. Qədim abidələrə dəymiş maddi ziyan barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top