“Microsoft” süni intellekt (AI) xidmətlərini bir brend altında birləşdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Windows Central” məlumat yayıb.
Mütəxəssislər “Windows 11” sistem kodunda “Windows Intelligence”ə istinadlar aşkar ediblər. Jurnalistlərin fikrincə, “Microsoft” yaxın gələcəkdə bütün süni intellekt xidmətlərini və alətlərini belə adlandıracaq. “Copilot” yerinə yeni ad təqdim ediləcək.
Mütəxəssislər həmçinin “Microsoft”un “Apple”a görə xidmətlərini rebrendinq edəcəyinə inanırlar.
Materialda deyilir ki, “Mac” və “IPhone” istehsalçısının süni intellekt xidmətləri “Apple Intelligence” adlanır. Müəlliflərin fikrincə, istifadəçi üçün “Copilot”dan daha başa düşülən və yaddaqalandır. Bununla əlaqədar olaraq, “Microsoft”un xidmətini rebrendinq etməyə hazırlaşdığı iddia edilir.