“Azərbaycanda bələdiyyə seçkilərinin gələn ilin yanvar ayının 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur”.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla bağlı dəqiq gün açıqlanacaq:
“Noyabrın axırına dəqiq günü elan edəcəyik”.
Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayının 23-də keçirilib. Seçki Məcəlləsinin 211-ci maddəsinin tələbinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir və bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. Qanunun tələbindən belə görünür ki, bu ilin dekabr ayının sonunda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilməlidir.
“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın