Rusiya Prezidenti Vladimir Putin respublikaçı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm”, - Kremlin sözçüsü bildirib.
“Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, - o qeyd edib.