Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 152 şirkət təsis olunub.
Yeniavaz.com xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 158 milyon 690 min lirə (4 milyon 667 min dollar) olub və bu məbləğin 116 milyon 462 min lirəsini (3 milyon 425 min dollar) Azərbaycan sərmayəsi təşkil edib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında Türkiyədə ən çox şirkət açan əcnəbilərin sırasında 3-cü olublar. Yalnız İran və Almaniya sərmayəli şirkətlər Azərbaycandan çox olub. Bu ilin ilk 9 ayında İran sərmayəsi ilə Türkiyədə 264, Almaniya sərmayəsi ilə isə 170 şirkət qeydiyyata alınıb.
Murad Məmmədov