Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.
“Zelenski 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-nə kimi hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini 90 gün uzadacaq qanunları imzalayıb”, - Jeleznyak bildirib.
Onun sözlərinə görə, hərbi vəziyyətlə bağlı qanun 13-cü dəfədir imzalanır.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.