“WhatsApp” messenceri söhbətdə yeni istifadəçi siyahıları funksiyasını əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu funksiya haqqında məlumat rəsmi “WhatsApp” bloqunda yer alıb.
Məlumata görə, bu innovativ həll istifadəçilərə lazım olan söhbəti tez tapmağa və yazışmaları təşkil etməyə kömək edəcək.
Bu funksiya ilə siz ekranın yuxarı hissəsində görünəcək müxtəlif söhbət kateqoriyaları üçün siyahılar yarada bilərsiniz.
Yeni funksiya lazım olan dialoqu tapmaqda çətinlik çəkənlər üçün nəzərdə tutulub. İstifadəçilər indi “Hamı”, “Qruplar” və “Oxunmamış” filtrlərinin yanında görünəcək “İş” və “Ailə” kimi digər siyahılar da yarada biləcəklər.
Siyahı yaratmaq üçün filtr çubuğundakı “+”işarəsini vurmalı, sonra ad daxil etməli və yeni siyahıya hansı söhbətləri əlavə edəcəyinizi seçməlisiniz.
Bu, həm fərdi, həm də qrup söhbətləri əlavə etməyə imkan verəcək.
Birdən çox siyahınız varsa, istifadəçilər sıranı üfüqi şəkildə sürüşdürə biləcəklər.