Donald Tramp siyasi qələbəsini elan edib və özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Mar-a-Laqodakı malikanəsində çıxışı zamanı danışıb.
“Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir. Amerika xalqına məni 47-ci prezident seçdiklərinə görə təşəkkür etmək istəyirəm”, - deyə Tramp bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçilmiş dövlət başçısı olduğunu bildirib.