Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574,8 kv. metr olan 10 min 282 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən yaşayış evlərinin 70%-i və ya 7 min 243-ü fərdi yaşayış evləri olub.
Açıqlanan məlumatlarda bildirilir ki, 9 ay ərzində yaşayış evlərinin tikintisinə 1 milyard 665 milyon manat vəsait sərf olunub.
Bu ilin ilk 9 ayında ölkədə istifadəyə verilən yaşayış evləri ilə yaşayış evlərinin tikintisinə sərf olunan vəsaitin nisbəti onu göstərir ki, 1 kv. metrinə orta hesabla 1 234 manat xərclənib.
Müqayisə üçün bildirək ki, 2023-ci ilin eyni dövründə yaşayış evinin 1 kv. metrinə orta hesabla 457 manat, 2022-ci ilin eyni dövründə 494 manat sərf olunub.
Elnur Əli