Fidan Ermənistanla münasibətlərin normallaşdırılması şərtini açıqladı


“Ankara və İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiyə” qəzetinə müsahibəsində deyib.
“Türkiyə və Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, - nazir bildirib.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir.
“Biz razılıqların əldə olunmasına maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top