Tramp əsas ştatların hamısında liderdir


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səsvermənin nəticələrinin prezident seçkilərinin nəticələrini müəyyən edəcəyi gözlənilən yeddi ştatda da liderdir.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Corciya ştatında bülletenlərin 91%-nin işlənməsinin nəticələrinə əsasən Tramp 51% səslə öndədir.
Şimali Karolinada bülletenlərin 89%-nin işlənməsinin nəticələrinə əsasən, Tramp 50,77% səsə malikdir. Pensilvaniyada isə bülletenlərin 82%-nin işlənməsinin nəticələrinə əsasən, Tramp 51,3% səs toplayıb.
Miçiqanda bülletenlərin 40%-nin işlənməsinin nəticələrinə əsasən, Tramp 51,3%, Viskonsin ştatında bülletenlərin 70%-nin işlənməsinin nəticələrinə əsasən, 50,7%, Arizonada bülletenlərin 52%-nin işlənməsinin nəticələrinə əsasən, 49,8%, Nevada ştatında isə bülletenlərin 2%-nin işlənməsinin nəticələrinə əsasən, 73% səs toplayıb.
Qeyd edək ki, hazırda ABŞ-də ümumi seçkilərin nəticələri elan edilir. Onlar prezidenti, Senatın üçdə birini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və iki ərazinin qubernatorlarını seçiblər. Respublikaçı namizəd Donald Tramp və ABŞ-nin hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparırlar. Tramp Amerikanın 45-ci prezidenti olub. O, 2020-ci il seçkilərində Demokrat Co Baydenə uduzub və indi Ağ Evə qayıtmağa çalışır. Harris 2021-ci ilin yanvarından ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışır. Prezident seçkilərinin qalibi hələ müəyyən edilməyib, bəzi seçki məntəqələri hələ də açıq qalıb.

DİGƏR XƏBƏRLƏR

Top