“ABŞ-nin vitse-prezidenti Kamala Harris, Amerika prezident seçkilərində qalib gəlsə, “X” sosial şəbəkəsinin mövcud olmasına imkan verməyəcək”.
Yeniavaz.com xəbər verir ki, İlon Mask bunu amerikalı teleaparıcı Co Roqanla müsahibəsində bildirib.
“ABŞ-də senzura təşkilatları var. Corc Oruellin “1984” romanındalı kimi. Onlar reklamçıları “X”i boykot etməyə məcbur edirlər. Harris qalib gəlsə, biz bunu edəcəyik. Baxın, boykot tendensiyası güclənəcək və onlar bizi bağlayacaqlar və Kəmalə rejimi “X” mövcud olmasına imkan verməyəcək”. - Mask deyib.
Maskın sözlərinə görə, Harris hökuməti “X” i bloklamaq üçün dezinformasiya və nifrət nitqi ilə mübarizə arqumentindən istifadə edəcək.