Maliyyə cinayətləri və korrupsiya üzrə ixtisaslaşmış müstəntiqlər “Netflix” striminq xidmətinin Parisdəki ofislərində axtarışlar aparıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “Marianne” qəzeti məlumat yayıb.
Bildirilib ki, Niderland səlahiyyətliləri eyni vaxtda “Netflix”in Amsterdamdakı Avropa qərargahına basqın ediblər.
Niderland prokurorluğunun sözçüsü NOS yayımına təsdiqləyib ki, “Netflix”in ofislərində Fransa hakimiyyət orqanlarının tələbi ilə axtarış aparılıb. Departament əlavə şərh verməkdən imtina edib.
Media mənbələrinin bildirdiyinə görə, Fransadakı müstəntiqlər 2022-ci ilin noyabrında “Netflix”i araşdırmağa başlayıblar. Vergi saxtakarlığı nəticəsində əldə edilmiş çirkli pulların yuyulması faktı ilə bağlı araşdırma aparılır.
“Netflix” nümayəndələri axtarışlarla bağlı xəbərləri şərh etməyiblər.