Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubunun braziliyalı hücumçusu Neymar yenidən zədələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, bazar ertəsi “Əl-Hilal” Asiya Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində öz meydanında İranın “İstiqlal” klubuna qalib gəlib (4:0).
Neymar 57-ci dəqiqədə meydana daxil olsa da, yarım saat sonra əvəzlənib.
ESPN-in məlumatına görə, braziliyalı sağ ayağındakı diskomfort səbəbindən əvəz edilib.
Qeyd edək ki, oktyabrın 21-də Neymar Asiya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun BƏƏ-nin “Əl-Ayn” klubu ilə səfər oyununda (5:4) meydana çıxıb və bir ildən sonra ilk dəfə rəsmi oyunda iştirak edib.
Neymar 2023-cü il oktyabrın 18-də Uruqvay yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində (0:2) zədələnib.
Futbolçuya ön çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.
Xatırladaq ki, Neymarın 32 yaşı var. O, 2017-ci ildə İspaniyanın “Barselona” klubundan dünya futbol üçün rekord məbləğə - 222 milyon avroya Fransanı PSJ klubuna keçib. O, PSJ ilə birlikdə beşqat Fransa çempionu və dördqat ölkə çempionu olub. Braziliyalı futbolçu üç dəfə Fransa Kubokunu, iki dəfə liqa kubokunu qazanıb. “Barselona”nın tərkibində futbolçu iki dəfə İspaniya çempionluğunu, üç dəfə ölkə kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Neymarın ilk klubu Braziliya kubokunu və Libertadores kubokunu qazandığı Braziliyanın “Santos” klubu olub.
Neymar həmçinin Braziliya millisinin bombardiridir (ümumilikdə 128 oyundan 79 qol).