“Meta” ABŞ-yə süni intellektdən hərbi məqsədlər üçün istifadəyə icazə verdi


“Meta” Korporasiyası ABŞ dövlət qurumlarına süni intellekt (AI) texnologiyasına əsaslanan modellərindən milli təhlükəsizlik sahəsi də daxil olmaqla hərbi məqsədlər üçün istifadə etməyə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin beynəlxalq əlaqələr üzrə prezidenti Nik Kleqin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
Qeyd olunur ki, korporasiya tərəfindən hazırlanmış və “Llama” adlı açıq mənbəli süni intellekt modelləri ABŞ hakimiyyət orqanları ilə müdafiə və milli təhlükəsizlik sahəsində əməkdaşlıq edən bizneslər üçün də əlçatan olacaq.
Bu çərçivədə “Meta” artıq IBM, “Lockheed Martin”, “Microsoft” və “Oracle” daxil olmaqla texnologiya və müdafiə sektorlarında digər əsas oyunçularla işləməyə başlayıb.
Belə ki, “Oracle” aviasiya texniki sənədlərini emal etmək üçün “Llama”dan istifadə edir. “Lockheed Martin” də artıq süni intellekt modelini öz işinə inteqrasiya edib. “Microsoft” isə öz növbəsində bu texnologiyanı dövlət qurumları tərəfindən məxfi məlumatların saxlanması üçün istifadə etdiyi bulud xidmətlərində tətbiq edir.
Kleqin sözlərinə görə, şirkətin bu addımı açıq mənbəli AI modellərindən istifadəni təşviq edir və AI liderliyi uğrunda qlobal yarışda ABŞ standartını müəyyən edir.

DİGƏR XƏBƏRLƏR

Top