Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırıldı – Fotolar


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunub ki, həmin dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub:
“Yoxlama zamanı Yasamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda isə iki dönərxananın fəaliyyətində nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb”.
 


DİGƏR XƏBƏRLƏR

Top