İsrail hərbçiləri tərəfindən Livanın cənubundakı Bəraşit kəndi yaxınlığında “Hizbullah” təşkilatının silahlı qanadının səhra komandiri öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Bəraşit bölgəsində “Hizbullah”ın səhra komandiri Əbu Əli Ridi öldürüb”, - məlumatda qeyd edilib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Rid İsrail əsgərlərinə qarşı raket hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh olub.
Qeyd olunub ki, o, həmçinin “Hizbullah”ın bölgədəki terror fəaliyyətlərini idarə edib.