Ötən ay Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanunu əsasında müxtəlif ölkələrin 60 vətəndaşını ölkədən çıxarıblar.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən məcburi şəkildə ölkədən çıxarılıb.
Bildirilib ki, Türkiyə, Azərbaycan, İran, Rusiya, Hindistan, Türkmənistan, Banqladeş, Livan, İraq, Nigeriya, İordaniya, Əlcəzair, Misir və digər ölkələrin vətəndaşları olan 60 nəfər ölkədən qovulub.