Azərbaycana məxsus peykin xidmətlərindən ən çox bu ölkələr istifadə edib – Siyahı


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon dollar ilə Birləşmiş Krallıq, 2,9 milyon dollar ilə Lüksemburq, 736,6 min dollar ilə BƏƏ, 493,9 min dolları ilə Türkiyə, 488,1 min dollar ilə Rusiya qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top