İsrailin Fələstin anklavının müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında bir gündə 55 fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail ordusunun təcavüzü nəticəsində son 24 saat ərzində 55 nəfər ölüb, 192 nəfər yaralanıb”, - nazirliyin məlumatında qeyd edilib.
Səhiyyə Nazirliyi qeyd edib ki, İsrailin Qəzzada hərbi əməliyyata başladığı gündən bəri ölənlərin sayı 43 314-ə, yaralananların sayı 102 019-a çatıb.