“ABŞ hərbi və kəşfiyyat rəsmiləri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi Rusiya qoşunlarının hücumlarını gücləndirdiyi bir vaxtda “dalandan çıxıb””.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yayında Amerika hökuməti analitiklərinin nəşrə Rusiyanın yaxın aylarda Ukraynada əhəmiyyətli qazanc əldə edə bilməyəcəyini, çünki zəif təlim keçmiş qoşunların Ukrayna müdafiəsini yarmaqda çətinlik çəkdiklərini bildirib:
“Lakin bu qiymətləndirmənin səhv olduğu ortaya çıxdı - rus qoşunları Ukraynanın şərqində nəinki əhəmiyyətli irəliləyiş əldə etdi, həm də Kursk vilayətində Ukrayna ordusu tərəfindən ələ keçirilən ərazilərin üçdə birindən çoxunu geri aldı. Bundan əlavə, Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrin sayını iyulda 350-dən avqustda 750-yə, sentyabrda isə 1500-ə çatdırıb”.
“Rusiya ordusunun 2022-ci ildə Ukraynaya hücumu zamanı etdiyi daimi səhvlər keçmişdə qaldı. İndi Rusiya Silahlı Qüvvələri çox inkişaf edib və hərəkətdədir”, - nəşrə yüksək rütbəli amerikalı hərbçi deyib.
NYT qeyd edib ki, bu, bəzi ABŞ kəşfiyyat və hərbi rəsmilərini Ukraynanın Rusiyanın irəliləyişlərini dayandırmaq qabiliyyətinə dair bədbinlik yaradıb.
Rəsmilərin fikrincə, Ukrayna Silahlı Qüvvələri üçün ən böyük problem əsgər çatışmazlığı olub. NYT-nin məlumatına görə, döyüşdə 57 min Ukrayna əsgəri həlak olub, bu da Rusiya itkilərinin yarısını təşkil edir.
Nəşrin Pentaqondakı həmsöhbətlərindən birinin sözlərinə görə, Ukraynanın daha altı aydan bir ilə qədər döyüşmək üçün kifayət qədər əsgəri var, bundan sonra Ukrayna Silahlı Qüvvələri kəskin qoşun çatışmazlığı ilə üzləşəcək.