“ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris son günlər şou-biznes ulduzlarını öz seçki kampaniyasına dəstək tədbirləri üçün cəlb etməkdə fəallaşıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, bu strategiya keçmişdə mübahisəli olub:
“Məşhurlar “qərarsız” olan Arizona və Nevada kimi əyalətlərdə son mitinqlərdə Harrislə birlikdə səhnəyə daha çox çıxıblar.
Belə ki, Las-Veqasda vitse-prezidentə səhnəyə pop ulduz Cennifer Lopez, Renoda isə meksikalı “Man” qrupu çıxıb. Hip-hop/rep sənətçisi Cardi B Harrislə birlikdə 31 oktyabrda Viskonsin ştatında keçiriləcək mitinqdə çıxış edəcək”.
Nəşr bildirib ki, namizədin təbliğat-təşviqat kampaniyası hesab edir ki, çoxlu sayda izləyicisi olan məşhurların cəlb edilməsi seçkiyə az qalmış qadınlar və gənclər də daxil olmaqla, əsas seçici qruplarına çatmağa kömək edəcək.
Nəşr xatırladıb ki, Brüs Sprinqstin, Stivi Uander və müğənni Beyons artıq vitse-prezidentə dəstək tədbirlərində iştirak ediblər.