İsrail qüvvələrinin blokada altındakı Fələstin anklavının müxtəlif bölgələrini atəşə tutması və bombalaması zamanı Qəzza zolağında bir gündə 50-dən çox fələstinli həlak olub, 180-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail ordusunun təcavüzü nəticəsində son 24 saat ərzində 55 nəfər ölüb, 186 nəfər yaralanıb”, - nazirliyin məlumatında qeyd edilib.
Səhiyyə Nazirliyi qeyd edib ki, İsrailin Qəzzada hərbi əməliyyata başladığı gündən bəri ölənlərin sayı 43 259-a, yaralananların sayı 101 827-yə çatıb.