Ən varlı rusların sərvəti 26 milyard dollar artdı – “Bloomberg”


Əsasən şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 26,274 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, ilin əvvəlindən NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 4,81 milyard dollar qazanıb və onun sərvəti 28,8 milyard dollara çatıb. “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 4,75 milyard dollar artaraq, 25,6 milyard dollar olub. Eyni zamanda “Evroxim” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 4,2 milyard dollar qazanaraq, 23 milyard dollar sərvətə sahib olub.
Ən böyük itkiyə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest” məruz qalıb. Belə ki, şirkətin səhmdarı Əlişir Usmanovun sərvəti 6,46 milyard dollar azalaraq, 14,6 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

DİGƏR XƏBƏRLƏR

Top