Həbs edilən CHP-li bələdiyyə sədrinin yerinə təyinat oldu


“PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs olunan CHP-li İstanbul Esenyurt bələdiyyə sədri Əhməd Özərin yerinə təyinat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Esenyurt bələdiyyə sədri Əhməd Özər “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilib.
Həmçinin bildirilib ki, Əhməd Özər Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edilib ki, İstanbul valisinin müavini Can Aksoy İstanbul valiliyi tərəfindən Esenyurt bələdiyyə sədrinin müavini vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top