“TikTok”un qurucusu Çjan İmin Çinin ən varlı adamı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, onun sərvəti hazırda 49,3 milyard dollar qiymətləndirilir.
Çjan İminin 41 yaşı var və o, “TikTok”un ana şirkəti “ByteDance”in həmtəsisçisidir.
Keçən il “ByteDance”in qlobal gəliri 30% artaraq, 110 milyard dollara çatıb. Bununla da Çjan İmin Çinin ən varlı adamları siyahısında digər namizədləri geridə qoyub.
“TikTok” rəqəmsal platforması rəsmi olaraq 2017-ci ilin may ayında istifadəyə verilib və o vaxtdan bütün dünyada populyarlıq qazanıb.
Ancaq bütün ölkələr bunu alqışlamır. Belə ki, “TikTok” Hindistanda qadağan edilib, ABŞ-də isə qadağan ərəfəsindədir. Buna səbəb amerikalıların şəxsi məlumatlarının Çin hökumətinin əlinə keçməsinin qarşısının alınmasıdır. “ByteDance”ə ABŞ-dəki biznesini satmağı əmr edən qanunun qəbul edilməsinin də əsas səbəbi budur.