İran hakimiyyəti “iPhone” smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi sosial şəbəkə hesabında yazıb.
“Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün qanuni məsələlər üzrə vitse-prezidentin və Ticarət, Sənaye və Mineral Ehtiyatlar Nazirinin köməyi ilə icazə ala bildik. “iPhone”ların idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, - Haşimi bildirib.
Qeyd edək ki, mayın 30-da “Tasnim” agentliyi ölkəyə istənilən nəsil “iPhone” smartfonlarının idxalına qadağanın tətbiq edildiyini yazıb.