ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.
Yeniavaz.com xəbər verir ki, ümumilikdə 20 Rusiya vətəndaşı ABŞ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalıb.
Bundan başqa, 2 Çin, 4 Türkiyə, 2 Hindistan, 2 İsveçrə, 1 Yunanıstan və 1 Çili vətəndaşı Amerika sanksiyalarına məruz qalıb.
Qeyd edək ki, ABŞ Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveçrə, Hindistan və Özbəkistan da daxil olmaqla 350-dən çox quruma qarşı sanksiya tətbiq edib.