İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərində, əsasən də onun şimal hissəsində hücumları və bombardmanları nəticəsində son 24 saat ərzində blokadada olan Qəzza zolağında 100-dən çox fələstinli ölüb, 280-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sektorun Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat verib.
“Son 24 saat ərzində İsrail təcavüzü nəticəsində Qəzzada 102 nəfər ölüb, 287 nəfər yaralanıb”, - məlumnatda qeyd edilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hərbi əməliyyatlarının başladığı gündən bu günə qədər anklavda ümumilikdə 43 163 fələstinli həlak olub, 101 510 fələstinli isə yaralanıb.