“Volkswagen”in mənfəəti 60 faizdən çox azaldı


Alman avtomobil istehsalçısı “Volkswagen”in xalis mənfəəti üçüncü rübdə 63,7% azalaraq ,1,58 milyard avroya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilib.
Eyni zamanda, şirkətin əməliyyat mənfəəti təxminən 42% azalaraq 2,86 milyard avro olub.
Bununla belə, 2024-cü ilin ilk doqquz ayında satışlar cəmi 0,5% azalaraq, 78,5 milyard avroya düşüb. 2024-cü ilin ilk doqquz ayında şirkət 12,9 milyard avro xalis mənfəət əldə edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 20% az olub. Marjalar da doqquz ay ərzində 6,9%-dən 5,4%-ə düşüb. Üçüncü rübdə bu göstərici cəmi 3,6% təşkil edib.
Şirkətin məlumatına görə, doqquz aydan sonra əsas “Volkswagen” markasına qoyulan investisiyanın gəliri cəmi 2% təşkil edib.
“Bu, əhəmiyyətli xərclərin azaldılmasına və səmərəliliyin artırılmasına təcili ehtiyac olduğunu göstərir”, - şirkətin maliyyə direktoru Arno Antlits bildirib.
O, bu il üçün əsas hədəfin ən azı 5,6% əməliyyat marjası olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top