Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bir müddət əvvəl sosial şəbəkələrdə təhdidlər aldığına görə, ifadə vermək üçün İstintaq Komitəsinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti vitse-spikerin ifadəsini əldə edərək yazır.
Məlumata görə, Rubinyan hədə məktubunu Ruben Kasyan adlı istifadəçidən alıb.
O, vitse-spikeri “Vətəndaş müqavilə”si partiyasını ofisini partlatmaqla hədələyib.
Rubinyan bu mesajı ciddi qəbul etməsə də, sonradan partiya ofisinin yaxınlığında bomba təhlükəsi siqnalı və partiya üzvü Romanos Petrosyanın aldığı hədə məktubundan xəbər tutaraq təşvişə düşüb.
“Mən Romanos Petrosyandan aldığım mesajla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı xahiş etdim. Bu mesajdan başqa mənim Ruben Kasyanla heç bir əlaqəm olmayıb və onunla tanış deyiləm”, - Rubinyan qeyd edib.
Spikerin müavini onu da bildirib ki, dəfələrlə təhdid və təhqir dolu mesajlar alıb, lakin bunu siyasi fəaliyyətin nəticəsi hesab etdiyi üçün ciddi qəbul etməyib.