Ukraynanın dövlət borcu rekord həddə çatdı


Ukraynanın dövlət borcu rekord həddə - 155,56 milyard dollara çatıb.
Yeniavaz.com
“Ukrainskiye novosti”yə istinadla xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,56% artıb.
Sentyabrın sonuna olan məlumata görə, borc 6,404 milyard qrivna (155,56 milyard dollar) təşkil edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna hökuməti Ali Radaya 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsiri özündə əks etdirən 2025-ci il büdcə layihəsini təqdim edib. Layihəyə görə, milli valyutanın məzənnəsinin bir dollar üçün 45 qrivnaya endirilməsi planlaşdırılıb. Gələn ilin sonu üçün ölkənin dövlət borcu ÜDM-in 101,8%-ni təşkil edəcək və 34,8 milyard dollar xarici kreditin cəlb edilməsi planlaşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top