Çeçenistandakı Rusiya Xüsusi Təyinatlıları Universiteti PUA hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.
“Bu gün səhər saat 06:30-da Qudermesdə PUA hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın damında yanğın baş verib.”, - o, bildirib.
Kadırov yanğının söndürüldüyünü və heç kimin xəsarət almadığını əlavə edib.
Çeçenistan rəhbərinin sözlərinə görə, müstəntiqlər cinayətdə iştirak edən şəxsləri müəyyən etmək üçün araşdırmaya başlayıblar.