İspaniyanın “Real Madrid” klubunun italiyalı baş məşqçisi Karlo Ançelotti “France Football” jurnalının versiyasına görə mövsümün ən yaxşı məşqçisi seçilib.
Yeniavaz.com xəbər verir ki, Ançelottinin rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqası və La Liqanın qalibi olub.
Madrid komandası 15-ci dəfə Avropanın əsas klub kubokunu qazanıb və bu göstəriciyə görə record əldə edib.
Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə kluba qayıdıb. O, “Real Madrid”lə birlikdə İspaniya çempionu olub, iki dəfə kuboku, bir dəfə ölkə Superkubokunu qazanıb. Təcrübəli məşqçi həmçinin iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
Ançelotti tarixdə Avropanın ilk beş milli çempionluğunu qazanan ilk məşqçi olub. İtaliyalı mütəxəssis karyerası ərzində İngiltərənin “Çelsi”, Almaniyanın “Bavariya”, İtaliyanın “Milan” və Fransanın PSJ klublarına da ölkə çempionatlarında qələbə qazandırıb.
65 yaşlı italiyalı baş məşqçi 4 dəfə Çempionlar Liqasını qazanan yeganə məşqçidir. 2014-cü ildə o, “Real Madrid”i, 2003 və 2007-ci illərdə isə “Milan”ı qələbəyə aparıb.